RU
Xərçəng xəstəliyindən ölən anasının şəkilləri itdi, bu sözləri ürək parçaladı - FOTO
18:00
726

Xərçəng xəstəliyindən ölən anasının şəkilləri itdi, bu sözləri ürək parçaladı - FOTO

Argentinada 11 yaşlı uşaq telefonunu itirib. 

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, azyaşlının telefonunu tapmaq üçün dövlət səviyyəsində axtarışlar aparılır. 

Belə ki, 11 yaşlı Miguel Retamarın telefonunda xərçəng xəstəliyindən ölən anasının şəkilləri və video görüntüləri olduğu bildirilir. 

Məlumata görə, azyaşlı öz nənəsi ilə nazirliyə gedən zaman taksiyə minib: "Bu zaman gördüm ki, telefonum yoxdur. Telefon mənə maraqlı deyil. Sadəcə içərisindəki şəkillər və videolar mənə lazımdır. Çünki onlar mənə anamdan xatirədir”. 

11 yaşlı uşağın nənəsi Amanda Castro bildirib ki, nəvəsi telefonunu itirəndə çox ağlayıb: " Nəvəm anamdan qalan hər şeyi itirdim deyib ağlamağa başladı”. 

Qeyd edək ki, Miguel Retamarın anası Pabla bir neçə ay bundan öncə xərçəng xəstəliyindən dünyasını dəyişib.

Xərçəng xəstəliyindən ölən anasının şəkilləri itdi, bu sözləri ürək parçaladı - FOTO
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ