Xərçəngə qalib gələn qadın avtomobil qəzasında ölüb.
7News.Az xarici mətbuata istinadla xəbər verir ki, xərçəng xəstəliyinə qalib gələn qadın müəllim müalicəsi bitdikdən sonra işə getdiyi ilk gün qəzaya düşüb.
İyun ayında xərçəng diaqnozu qoyulan şotlandiyalı Karolin Nelson işə gedərkən qəzaya düşərək dünyasını dəyişib.
45 yaşlı qadın xəstəliyə qalib gəldikdən sonra şagirdləri və həmkarları ilə görüşə gedərkən qəzada ölüb. 2 uşaq anası hadisə yerindəcə keçinib.
7News.Az










