RU
Xəstəxanada dəhşət - 45 dəqiqə yaşaya bildi
17:04
521

Xəstəxanada dəhşət - 45 dəqiqə yaşaya bildi

Qadın xəstəxanadan çıxdıqdan sonra Baş Prokurorluğa şikayət edib.

Türkiyədə kor bağırsağından əməliyyat olduqdan sonra xəstəxanada yer olmadığı üçün beyin cərrahiyyəsi bölməsinə yerləşdirilən 22 həftəlik hamilə qadın 13 saat sonra uşaq dünyaya gətirib.

7News.Az-ın aznews.az-a istinadən xəbər verir ki, Türkiyənin Zoguldak bölgəsində bir oteldə işləyən Hatice Akkol ilə bir mağazada işləyən Engin Akkol keçən il evlənib.

22 həftəlik hamilə Hatice Akkolun iş yerində vəziyyəti pisləşdiyi üçün Zonguldak Qadın Doğum və Uşaq Xəstəlikləri xəstəxanasına müraciət edib.

O, dekabrın 10-da Bülent Ecevit Sağlıq Mərkəzinə göndərilib. Qadın doğum bölməsində müalicə edilən Hatice Akkol kor bağırsağından əməliyyat edilib. Əməliyyatdan sonra həmin bölmədə yer olmadığı üçün o, beyin və sinir cərrahiyyəsi bölməsinə aparılıb.

Ağrı və sancıları olan Hatice Akkol bir gün sonra qaldığı otaqda uşaq dünyaya gətirib. Qızını qucağına alan Hatice Akkol həkimlər tərəfindən təcili əməliyyata alınıb.

Uşaq isə sadəcə 45 dəqiqə yaşaya bilib. Xəstəxana morqundan ailəyə verilən uşağın cansız bədəni Rüzgarlı qəbristanlığında basdırılıb.

Qadın xəstəxanadan çıxdıqdan sonra Baş Prokurorluğa gedib. Körpəsinin ölümündə əli olanların müəyyənləşdirilərək cəzalandırılması üçün şikayətçi olub.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ