"Son günlər bəzi dərman preparatlarında qıtlıq müşahidə olunur”.
7News.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, TƏBİB apteklərin dərman preparatları ilə təchizatına cavabdelik daşımır:
"Bu məsələ TƏBİB nümayəndələrinin də diqqətindədir. Lakin xəstəxanalarda xəstələrin müalicəsi üçün dərman preparatlarında heç bir çatışmazlıq yoxdur”.
7News.Az








