Qadın ərinin xəyanət etdiyini ona göndərdiyi fotodakı xırda detaldan anlayıb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "shesough" ləqəbli amerikalı "TikTok" istifadəçisinin özü yazıb:
"Ərim mənə bu fotonu göndərib. Mən şəkildə bəzi qəribəlikləri "tutmuşam". Hazırda o, subaydır. Sizcə, niyə?"
İlk baxışdan fotoda şübhəli bir şeyin olmadığını düşünürsən: adi otelin hamam otağında özünü güzgüdən çəkən kişi.
Lakin diqqətlə baxdıqda güzgünün qarşısındakı saç düzləşdirən feni görmək olar.
Ərinin əlindəki nişan üzüyünün də olmadığını görən qadın kişidən ayrılmaq qərarına gəlib.
Diqqətli "TikTok" istifadəçiləri fotoda qadının daha bir neçə "iz"ini də görüblər: üz yuyan maye, duş geli, makiyaj çantası və daraq.
7News.Az








