RU
Xəzər dənizində baş verən qəzanın SƏBƏBİ açıqlandı
10:15
253

Xəzər dənizində baş verən qəzanın SƏBƏBİ açıqlandı

Xəzər dənizində "Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov” borudüzən gəmisində yanğın boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda qəza nəticəsində partlayış baş verib.

 
 

Baş verən yanğın nəticəsində müxtəlif dərəcəli yanğın xəsarətləri alan 14 nəfər "Citadel” gəmisi vasitəsi ilə gecə saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.

Şirkət qeyd edib ki, baş verən hadisə zamanı gəmi heyətindən xəsarət alan olmayıb və hazırda gəminin gələcək təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk yoxdur: "Saipem” şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaq”.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ