Tanınmış teleaparıcı, "Xəzər" televiziyasının sözçüsü Aqşin Kamal işdən çıxıb.
7News.Az bildirir ki, bu barədə A.Kamal özü məlumat verib.
Öz istəyilə işdən çıxdığını vurğulayan teleaparıcı fərqli bir sahədə fəaliyyətə başlayacağını bildirib.
A.Kamal 2012-ci ildən "Xəzər" TV-də çalışırdı.








