RU
XİN başçısı:
17:39
453

XİN başçısı: "Azərbaycan Qarabağ münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcək"

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin intensivləşdirilməsi və mövcud vəziyyətin dəyişdirilməsi barədə fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcəyini bildirib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ