RU
XİN: Hamburqda Dağlıq Qarabağa dair “2+3” formatında görüş baş tutmayıb
19:15
377

XİN: Hamburqda Dağlıq Qarabağa dair “2+3” formatında görüş baş tutmayıb

Azərbaycanın xarici işlər naziri Elmar MəmmədyarovAlmaniyanın Hamburq şəhərində keçirilən ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyevin 7news.Az-a verdiyi məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunub.

H.Hacıyev bildirib ki, Ermənistanın destruktiv siyasəti və görüşdən yayınmaq cəhdləri nəticəsində həmsədrlərin təklif etdiyi "3+2” (Rusiya, ABŞ, Fransa və Ermənistan, Azərbaycan) formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmayıb. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ