RU
XİN: Rusiya sərhədlərin delimitasiyasına dair Azərbaycanla Ermənistan arasında danışıqların tezliklə başlamasında israr edir
21:20
521

XİN: Rusiya sərhədlərin delimitasiyasına dair Azərbaycanla Ermənistan arasında danışıqların tezliklə başlamasında israr edir

Rusiya sərhədlərin delimitasiyası və demarkasiyasına dair Azərbaycanla Ermənistan arasında danışıqların tezliklə başlamasında israr edir.

7NEWS.Az-ın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

M. Zaxarova bildirib ki, Rusiya bu məsələdə lazımı məsləhət yardımı göstərməyə hazırdır.

Baş nazirin müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrupun bu günlərdə Moskvada keçirilmiş iclasına toxunan XİN sözçüsü qeyd edib ki, tərəflər Cənubi Qafqazda nəqliyyat və təsərrüfat əlaqələrinin açılmasına yanaşmanın praktiki müzakirəsinə qayıtmağa nail olub.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ