RU
Xınalıqla əlaqə kəsildi
12:11
1007

Xınalıqla əlaqə kəsildi

Yola 15 tonluq qayalar tökülüb.

Ötən gün Qusar rayonunda baş verən torpaq sürüşməsindən sonra bu gün Qubada da eyni hal qeydə alınıb.

Gecə saatlarında Quba-Xınalıq yolunda sürüşmə qeydə alınıb. 

Tonlarla çəkisi olan daşlar sürüşərək yola tökülüb. Bəzi daş, qaya parçalarının çəkisi 15-20 tona yaxındır.

Sürüşməyə səbəb isə son günlər müşahidə edilən intensiv yağışlar olub. Adıçəkilən yol sürüşməyə meyilli ərazidir və müntəzəm olaraq qaya, daş parçaları axıb gələrək yola tökülür.

“Azəravtoyol” ASC-nin sahə rəisi Bilal Sultanov bildirib ki, yolun 37 km hissəsi bağlanıb. Nəticədə 8-9 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Ötən gün baş verən sürüşmə nəticəsində Qusar-Kuzun yolunun kəndin girəcəyindəki hissəsi tamamilə bağlanıb və bununla da sakinlərin rayon mərkəziylə nəqliyyat əlaqəsi kəsilib.

Dərhal “Azəravtoyol” QSC-nin yerli idarəsinin canlı qüvvəsi və iki texnikası sürüşən yola cəlb olunub. Yolun açılması istiqamətində işlərə başlanılıb. Qurumdan da sürüşməyə səbəb kimi rayonda yağıntının miqdarının çox olması bildirilib./anspress.com

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ