RU
Xırdalanda orta yaşlı kişi özünü yüksək mərtəbədən ataraq intihar etdi
00:18
6004

Xırdalanda orta yaşlı kişi özünü yüksək mərtəbədən ataraq intihar etdi

Bu dəqiqələrdə Xırdalanda Heydər Əliyev prospektində yerləşən hüdürmərtəbəli yaşayış binasında intihar hadisəsi qeydə alınıb.  7News.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə intihar edən şəxsin kimliyi barədə dəqiləşmə hələ tam başa çatmayıb. İlkin məlumata görə inithar edən orta yaşı kişidir.

Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı rəsmi açıqlama verilməyib. Hal-hazırda hadisə yerində Daxili İşlər Nazirliyinin əməkdaşları müvafiq addımlar atmaqdadırlar. Xırdalanın mərkəzi küçəsində hadisə ilə bağlı ciddi tıxac yaranıb.

Hadisə ilə bağlı məlumatlar yenilənəcək.

***

İntihar edәn şәxsin adı mәlum olub. O, Hacıyev Cavid Mobil oğludur, 152 saylı mәnzildә yaşayır. Onun ailәsi vә bir övladı var.

İntihar zamanı onun ailәsi evdә olmayıb. Kişi bütün әşyalarını evdә qoyaraq özünü 9-cu mәrtәbәdәn atıb.

7News.az olaraq hadisə ilə bağlı ilkin video və fotoları təqdim edirik:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ