Magistral su kəmərində qəza baş verib.
Bu barədə 7News.Az-a "Azərsu" ASC-dən məlumat verilib.
Bildirilib ki, baş vermiş qəza ilə əlaqədar 28 yanvar 2023-cu ildə gün ərzində Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.








