Hindistanın 6 yaşlı sakini Lakşimi burnu filin xortumuna bənzədiyindən Hindu tanrısının təcəssümü elan olunub.
Bu barədə "Daily Star" yazır.
Belə ki, Lakşimi üzündə deformasiya ilə doğulub. Uşağın görünüşü ilk öncə insanları qorxutsa da, sonradan o, fil başlı müdriklik və rifah tanrısı Qaneşanın təcəssümü elan olunub. Milli bayramlarda uşağa hədiyyə və pul verir, əvəzində xeyir-dua istəyirlər.
Lakşimi əməliyyat olunub və hazırda onun üzündə xortumun yerinə iki burundur. Həkimlərin sözlərinə görə, uşağın görünüşünü tam düzəltmək üçün hansı plastik əməliyyatların edilməli olduğunu bilmək üçün Lakşimi böyüyənədək gözləmək lazımdır.









