Braziliyanın Santa- Katarina ştatında burun əvəzinə xortumu olan təkğözlü donuz dünyaya gəlib.
Bu barədə "Daily Star" yazır.
Nadir genetik mutasiyası olan heyvan mayın 20-də doğulub.
Burnu olmayan donuzun alnındakı tək gözünün üstündə də xortuma oxşayan çıxıntı var və onu yad planetliyə bənzədir.
Mutant dünyaya gəldikdən bir müddət sonra nəfəs almaqla bağlı problemlər səbəbindən ölüb.
Siklopiya 16 min heyvandan birində rast gəlinən mutasiyadır. Bu cür heyvanlar adətən az yaşayır. Anomaliya qədim yunan miflərində adı keçən təkğözlü divin ("təpəgöz"ün) şərəfinə adlandırılıb.









