Avropa İttifaqı ölkələri 2023-cü il yanvarın 1-dən Xorvatiyanın Şengen zonasına daxil olması barədə qərar qəbul edib.
Bu barədə Xorvatiya Baş naziri Andrey Plenkoviç "Twitter"də yazıb.
"Xorvatiya Daxili işlər və ədliyyə Şurasının tam dəstəyini alıb – 2023-cü il yanvarın 1-dən biz Şengen razılaşmasının üzvü oluruq”, o yazıb./apa
7NEWS.Az








