RU
Yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir - YENİLƏNİB
15:20
99

Yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir - YENİLƏNİB

Bakıda və Abşeron yarımadasında oktyabrın 28-i günün birinci yarısında arabir yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bildirilib ki, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var.

09:58
Hazırda Bakıda və Abşeron yarımadasında arabir yağış yağır.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun verdiyi məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterlidir.

O qeyd edib ki, yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ