"Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi hazırda Bakıda və Abşeron yarımadasında arabir yağış yağır.
Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterlidir”.
Bunu xidmət rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir.








