RU
Yağışlı hava neçə gün davam edəcək?- XƏBƏRDARLIQ
14:37
612

Yağışlı hava neçə gün davam edəcək?- XƏBƏRDARLIQ

May ayında ötən illə müqayisədə hava şəraiti daha dəyişkən keçib. Davamlı olaraq yağışın yağması, dolu düşməsi bəzi rayonlarda fəsadlara yol açıb. 

Maraqlıdır, yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Cebhe.info-ya açıqlamasında belə hava şəraitinin hələ bir neçə gün də davam edəcəyini bildirib:

"Sabah günün ikinci yarısından etibarən iyunun 3-ü, axşam saatlarınadək hava şəraitinin dəyişəcəyi gözlənilir. Şimşək çaxacaq, fasilələrlə yağış yağacaq. Bəzi yerlərdə yağışın intensivləşəcəyi, dolu düşəcəyi ehtimal edilir. Ayrı-ayrı yerlərdə qərb küləyi güclənəcək. Yağıntılarla əlaqədar olaraq bəzi çaylarda sululuğun artması ehtimal edilir”. 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ