RU
Yamaykada fövqəladə vəziyyət elan edildi
15:42
89

Yamaykada fövqəladə vəziyyət elan edildi


Karib hövzəsi ölkəsi Yamaykada dəstələrin törətdiyi zorakılıqlara görə fövqəladə vəziyyət elan edilib.

7NEWS.az xəbər verir ki, Yamayka hökuməti son zamanlar bandaların artan cinayət nisbətini cilovlamaq üçün kəskin tədbirlər görməyə qərar verib. Milad mövsümünün başlaması ilə əlaqədar ölkədə cinayət nisbətlərinin daha da artacağından narahat olan hökumət fövqəladə vəziyyət elan edib.Fövqəladə vəziyyət şəraitində təhlükəsizlik qüvvələrinə binalarda axtarış aparmaq və icazəsiz həbslər etmək də daxil olmaqla geniş səlahiyyətlər verilir.

Polis komissarı Antoni Anderson da qeyd edib ki, ilin əvvəlindən Yamaykada 1360 qətl törədilib ki, bu da ötən illə müqayisədə 6,8 faiz artıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ