Bu günlər Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısına olan diqqətlər birmənalı şəkildə ölkə gündəminə damğasını vurdu.
7News.Az-ın məlumatına görə, bunu V çağırış Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.
O qeyd edib ki, artıq YAP-ın növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədləri bəllidir.
"Bu, YAP İdarə Heyətinin bu gün keçirilən iclasında rəsmən təsdiq olundu. Qələbəyə köklənmişik. Qoy güclülər qalib gəlsin!”, - deyə B.Muradova əlavə edib.
Qeyd edək ki, mətbuatda B.Muradovanın adının siyahıda olmadığı yazılıb.
B.Muradova bu barədə fikir bildirməyib.
7News.Az








