RU
YAP üzvlərinin sayı açıqlandı
13:00
236

YAP üzvlərinin sayı açıqlandı

Yeni Azərbaycan Partiyasına (YAP) yeni üzvlər qəbul olunur. Hazırda YAP üzvlərinin siyahısının dəqiqləşdirilməsi prosesi gedir və artıq bu sahədə bir sıra işlər görülüb.

7News.Az xəbər verir ki, bunu YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

T.Budaqov bildirib ki, YAP-a üzv olmaq istəyənlərin arasında gənclər çoxluq təşkil edir:

"Partiyanın üzvlüyündən çıxarılanlar var, lakin bu çox məhdud saydadır. Vəfat edənlər də olur. Müxtəlif səbəblərdən partiya uçotunda müvafiq dəqiqləşdirilmələr aparılır. Son statistikaya əsasən, YAP-ın 800 minə yaxın üzvü var".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ