38 milyon insanın yaşadığı Tokio şəhərində əhalinin artımının qarşısını almaq üçün yeni üsul tətbiq edilir.
Bundan sonra şəhərdən kənd ərazisinə köçməyi qəbul edən hər şəxsə hökumət 26 min dollar ödəyəcək.
Layihəyə görə, Tokionu tərk edib ölkənin hər hansı bir ucqarına köçməyi qəbul edən hər şəhər sakininə hökumət tərəfindən 26 min dollar pul veriləcək. Bu məbləği əldə etmək üçün yeganə şərt başqa böyük şəhərə köçməməkdir. /ölkə
7News.Az








