RU
Yapon təqaüdçü bir il arvadının ölüsü ilə yaşayıb
11:10
284

Yapon təqaüdçü bir il arvadının ölüsü ilə yaşayıb

Yaponiyanın Fukuoka prefekturasında 74 yaşlı təqaüdçü ölmüş həyat yoldaşını bir ildən çox dəfn etməyib.

7News.Az "AsiaOne”a istinadən xəbər verir ki, arvadının ölümündən sonra Okuda Yosihisa onun cəsədi ilə yaşayıb.

Xoşagəlməz qoxunu aradan qaldırmaq üçün meyiti hava təravətləndiriciləri ilə əhatə edib.

Qadının qalıqları təsadüfən aşkarlanıb. Onun qaldığı evdə söküntü işləri aparılan zaman Yosihisa evi tərk edib və fəhlələr onun həyat yoldaşının meyitini tapıblar.

Hadisədən sonra yapon təqaüdçü həbs olunub. Araşdırmadan sonra məlum olub ki, qadının onunla nikahda olduğu müddətdə şəxsiyyətini təsdiq edən hər hansı sənədi olmayıb.  Onlar nikahı belə rəsmiləşdirməyiblər və Yosihisanın təqaüdü ilə dolanıblar.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ