Yaponiya İqtisadiyyat Nazirliyi 57 Rusiya şirkətinə sanksiya tətbiq edildiyini açıqlayıb.
7NEWS.az xəbər verir ki, Yaponiya İqtisadiyyat Nazirliyi Tokionun Rusiyada yerləşən şirkətlərə qarşı yeni sanksiyalar tətbiq etdiyini və Rusiyadan qeyri-sənaye almazlarının idxalını qadağan etdiyini bildirib. Sanksiya siyahısına 57 Rusiya şirkəti ilə yanaşı, Birləşmiş Ərəb Əmirliklərindən 2, Suriyadan 1 və Özbəkistandan 2 şirkət daxil edilib.
7NEWS.az








