İngiltərə, Yaponiya və İtaliya müştərək döyüş təyyarəsi inkişafı proqramı çərçivəsində koordinasiya şurasının yaradılmasına dair razılaşma imzalayıb.
7NEWS.az xəbər verir ki, İngiltərə, Yaponiya və İtaliya birgə döyüş təyyarəsi hazırlamaq üçün ilk addımı atıblar. Yaponiyanın müdafiə naziri Minoru Kihara, Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps və İtaliyanın müdafiə naziri Guido Crosetto Yaponiyanın paytaxtı Tokioda bir araya gələrək döyüş təyyarəsi layihəsinin qrafikini müzakirə ediblər. Görüşün sonunda müdafiə nazirləri proqram çərçivəsində qabaqcıl döyüş təyyarələrinin istehsalı üçün koordinasiya şurasının yaradılmasına dair razılaşma imzalayıblar.
7NEWS.az








