RU
Yaponiya qarşıdakı beş ildə müdafiə xərclərini iki dəfə artıracaq
16:21
20

Yaponiya qarşıdakı beş ildə müdafiə xərclərini iki dəfə artıracaq


Yaponiyanın baş naziri Fumio Kişida müdafiə və maliyyə nazirlərinə 2027-ci ilə qədər müdafiə xərclərini ölkənin ÜDM-nin 2 faizinə çatdırmaq üçün lazımi vəsaiti ayırmağı tapşırıb.

7NEWS.az xəbər verir ki, Tokio administrasiyası "Çindən gələn təhdidlərin artması və Rusiyanın Ukraynaya təcavüzündən sonra dəyişən geosiyasi mühit” səbəbindən müdafiə və təhlükəsizlik strategiyalarını nəzərdən keçirir. Baş nazir Kişida ilə görüşən müdafiə naziri Yasukazu Hamada görüşdən sonra mətbuata verdiyi açıqlamada, "2027-ci ilə qədər müdafiə xərclərini və digər xərcləri cari ÜDM-in 2 faizinə çatdırmaq üçün büdcə tədbirləri görəcəyik" deyə bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ