RU
Yaponiya tarixində ən böyük narkotik əməliyyatı - 1 ton narkotik ələ keçirildi
16:50
40

Yaponiya tarixində ən böyük narkotik əməliyyatı - 1 ton narkotik ələ keçirildi

Yaponiyada ölkə tarixində ən böyük narkotik əməliyyatı keçirilib.
 
7News.Az xarici mətbuatına istinadən xəbər verir ki, Yaponiya narkotik səlahiyyətliləri Tokionun şimalındakı Toçiqi prefekturasında həyata keçirdikləri əməliyyatda 1 ton 46 kiloqram narkotik ələ keçirib.
 
Bu, Yaponiyada indiyədək həyata keçirilən ən böyük tək narkotik əməliyyatı kimi qeydə alınıb. Əməliyyat zamanı 3 Vyetnam vətəndaşı saxlanılıb.

Üç Vyetnam vətəndaşının esrarı daşıma konteynerində gizlətdiyi iddiası ilə saxlanıldığı bildirilir.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ