RU
Yaponiyada 6,3 bal gücündə zəlzələ oldu
15:00
435

Yaponiyada 6,3 bal gücündə zəlzələ oldu

Yaponiyanın Oqasavara adaları yaxınlığında 6,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentri Sakit okeanda, təqribən 2 min nəfərin yaşadığı Tiçizima adaları yaxınlığında, ocağı isə 70 km dərinlikdə yerləşib. Sunami xəbərdarlığı elan edilməyib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, Oqasavara adaları paytaxt Tokiodan 1200 km cənubda yerləşir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ