RU
Yaponiyada baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 200-ü keçdi
14:30
35

Yaponiyada baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 200-ü keçdi


Yanvarın 1-də Yaponiyanın qərbindəki İşikava əyalətində və bu bölgənin Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 200-ü ötüb.

7NEWS.az xəbər verir ki, Suzu və Vacima şəhərləri müvafiq olaraq 91 və 81 nəfərin ən çox itki verdiyi şəhərlər olduğu halda, ölənlərin ümumi sayı 202-yə çatıb. Daha əvvəl ölənlərin sayının 180-ə yaxın olduğu açıqlansa da, 565 nəfərin yaralandığı, 323 nəfərlə əlaqə saxlamaq mümkün olmadığı bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ