RU
Yaponiyada əhaliyə xəbərdarlıq edildi, uçuşlar təxirə salındı
12:40
650

Yaponiyada əhaliyə xəbərdarlıq edildi, uçuşlar təxirə salındı

Yaponiyanın qərbindəki Çansu qasırğası səbəbindən beş nəfər yaralanıb.

7News.Az "Kyodo” agentliyinə istinadən xəbər verir ki, qasırğa ölkənin Kyuşu, Şikoku və Kinki bölgələrini təsiri altına alıb.

Bildirilib ki, təbiət hadisəsi yeddi min evin işıqsız qalmasına səbəb olub. 30-dan çox uçuş və sürətli qatar səfərləri təxirə salınıb.

Yaponiya Meteorologiya Agentliyi qasırğa səbəbindən torpaq sürüşməsi, fırtına və şiddətli yağışlarla bağlı bölgə əhalisinə xəbərdarlıq edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ