Yaponiyada istehlak inflyasiyası aylıq 0,6 faiz, illik bazda isə 3,7 faiz artaraq son 40 ilin ən yüksək səviyyəsinə çatıb.
7NEWS.az xəbər verir ki, Yaponiyada istehlak qiymətlərindəki artım oktyabr ayında Yaponiya Bankının 2 faizlik qiymət sabitliyi hədəfindən yuxarı idi. Son 7 ayda 2 faizlik hədəfi keçən illik inflyasiya oktyabrda 3,7 faiz olub. Təzə ərzaq qiymətləri nəzərə alınmadan hesablanan baza inflyasiyası oktyabrda illik 3,6 faiz təşkil edib. İqtisadçılar baza inflyasiyanın 3,5 faiz olacağını gözləyirdilər.
Təzə qida və enerji qiymətləri xaric, istehlak qiymətləri əvvəlki ilin eyni ayına görə yüzdə 2,5 artdı. Sentyabrda artım tempi yüzdə 1,8 olub.
7NEWS.az








