RU
Yaponiyada koronavirusun altıncı dalğası başlayıb
13:00
243

Yaponiyada koronavirusun altıncı dalğası başlayıb

Yaponiya koronavirus infeksiyalarının altıncı dalğasına daxil olub.
Bu barədə ölkənin Həkimlər Assosiasiyasının rəhbəri Toşio Nakaqava təşkilatın həkimlərinin fikrinə əsasən bildirib.

"Hesab edirik ki, ölkə altıncı dalğaya qədəm qoyub. Xüsusən də, bu dəfə xəstəliklərin sayı artmağa başlayandan bəri onların artım tempi son dərəcə yüksəkdir”, - deyə o qeyd edib.

Cümə axşamı Yaponiyada sentyabrın ortalarından bəri ilk dəfə gündə 4 475 koronavirusa yoluxma hadisəsi aşkar edilib. Bu, əvvəlki günlə müqayisədə təxminən iki dəfə, iki gün əvvəlki ilə müqayisədə isə dörd dəfə çoxdur.

Mənbə: RİA Novosti

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ