RU
Yaponiyada məhkumun ölüm hökmü qüvvədə saxlanılıb
23:55
765

Yaponiyada məhkumun ölüm hökmü qüvvədə saxlanılıb

Yaponiyanın Ali Məhkəməsi 2010-cu ildə Naqano şəhərində üç nəfərdən ibarət ailənin ölümündə günahkar bilinən və barəsində ölüm hökmü verimiş 37 yaşlı Kadzufumi İtonun apellyasiya şikayətini rədd edib.
 
Həmin cinayətdə iştirak edənlərdən daha bir nəfərin ölüm hökmünə, digər bir nəfərin isə 18 il azadlıqdan məhrum edilməsinə də qərar verilib.
 
Beynəlxalq hüquq mühafizə təşkilatı isə Yaponiyanı ölüm hökmünü ləğv etməyə çağırıb. 
 
Halbuki keçirilən sorğunun nəticələrinə görə, ölkə əhalisinin 85 faizi ölüm hökmünün saxlanılmasına tərəfdardır. 
 
Hazırda Yaponiyada 128 nəfər ölüm hökmünün icrasını gözləyir. Ölüm hökmü asılma yolu ilə həyata keçirilir./musavat.com
 
7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ