Yaponiyada koronavirusun "Omikron” növünə daha 8 yoluxma qeydə alınıb.
7News.Az yerli KİV-ə istinadən xəbər verir ki, bunu hökumət kabineti katibliyinin rəhbəri Seici Kihara bildirib.
Onun sözlərinə görə, yoluxanlar hava limanlarında ölkəyə gələn sərnişinlər arasında aşkarlanıb.
Beləliklə, ölkədə "Omikron” ştamına yoluxanların sayı 12-yə çatıb.








