7NEWS.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi son 126 ilin ən isti payızını yaşadıqlarını açıqlayıb. Qeyd olunub ki, havanın temperaturu normadan 1,97 dərəcə yüksək olub və bu, payız yarpaqlarının rəng dəyişmə dövrünü dekabr ayına sövq edib.








