Yaponiyanın şimal-qərbində, Niiqata prefekturasının Sado adasında 6 bal gücündə zəlzələ baş verib.
7NEWS.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) açıqlamasına görə, yerli vaxtla saat 17.59-da ölkənin şimal-qərbindəki Sado adasının sahillərində baş verən 6 bal gücündə zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb. Bildirilib ki, zəlzələ bütün Niiqata və Yamaqata, Toyama, Naqano və İşikava əyalətlərində hiss olunub.
7NEWS.az








