7NEWS.az xəbər verir ki, Yaponiyada hakimiyyətdə olan Liberal Demokrat Partiyasının (LDP) prezident seçkilərində qalib gələn Şiqeru İşiba parlamentdə keçirilən səsvermədə ölkənin 102-ci baş naziri seçilib. İşiba bu gün keçirilən iclasda 461 səsdən 291-ni alaraq baş nazir olub. Yeni kabinetin adlarının yaxın saatlarda açıqlanacağı gözlənilir.








