Yaponiyanın ümumi əhalisi əcnəbilər də daxil olmaqla 511 min nəfər azalaraq 125 milyon 416 min 877 nəfər olub. Yaponiya vətəndaşlarının sayında rekord azalma müşahidə edilərkən, əcnəbilərin sayı 3 ildə ilk dəfə artıb.
7NEWS.az xəbər verir ki, Yaponiyanın xaricilər də daxil olmaqla cəmi əhalisi 2022-ci ildə əvvəlki ilə nisbətən 511 min nəfər azalaraq 125 milyon 416 min 877 nəfərə düşüb. Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin məlumatına görə, ölkədə yaşayan yaponların sayında rekord azalma müşahidə olunub. Sözügedən ərazidə statistik məlumatların tutulmağa başlandığı 1968-ci ildən bu yana ilk dəfə 47 vilayətin hamısında Yaponiya əhalisi azalarkən, 801 minlik rekord azalma göstərən Yaponiya əhalisi 122 milyon 423 min 38 olaraq təyin olundu. Yaponiya əhalisinin 2022-ci ilə qədər ardıcıl 14 il azalma tendensiyası nümayiş etdirdiyi açıqlanıb.
7NEWS.az








