Bir vaxtların məşhur "İşləyən qız" ("Working girl") filminin ulduzu aktrisa Melani Qriffit açıqlaması ilə gündəm olub.
7News.Az xarici mediaya istinadən xəbər verir ki, 61 yaşlı aktrisa 1988-ci ildə çəkildiyi həmin ekran işində tərəf müqabili, 60 yaşlı aktyor Alek Baldvini yatağa salmaq üçün əlindən gələni edib.
Melani 30 ildən sonra Alek haqda bunları deyib:
"Filmdə sekretar rolunu oynayırdım. Alek də yaraşıqlı biri idi. Çox çalışdım onunla yatağa girim, amma o dedi ki, həmkarları ilə belə münasibətə girmir".


7News.Az








