RU
Yasamalda qadının evini yardılar
17:27
1581

Yasamalda qadının evini yardılar

15 min manat və qızıl-zinət əşyaları oğurlanıb.

Bakının Yasamal rayonunda oğurluq qeydə alınıb. 

7News.Az Report”-a istinadən xəbər verir ki, rayonun M.Sübhi küçəsi, ev 71 ünvanında yaşayan 62 yaşlı Lidiya Axundovanın evindən 15 000 manat pul və qızıl-zinət əşyaları oğurlayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.3.2-ci (ourluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ