ABŞ Azov dənizində Ukraynaya qarşı Rusiya təcavüzünə görə Moskva barəsində yeni sanksiyaları tətbiq edə bilər.
7News.Az xəbər verir ki, bu haqda "Obozrevatel” nəşrinə müsahibəsində jurnalist və politoloq Piter Zalmayev bildirib.
Onun sözlərinə görə, hazırda ABŞ prezidenti Donald Tramp çətin vəziyyətdədir, çünki, Konqres Putinə qarşıdır və Azov dənizində növbəti təxribat Rusiya prezidentinə qarşı qəzəbi daha da artıracaq. Bundan başqa, "Rusiya işi” üzrə xüsusi prokuror Robert Müller Amerika seçkilərinə Rusiya müdaxiləsi haqqında ikiillik araşdırmasının nəticələrini bu günlərdə elan etməlidir.
"Birinci hadisə Səudiyyə jurnalisti Camal Qaşıqçının qətli ilə bağlıdır. Trampı bu hadisədəki mövqeyinə tənqid qasırğasına məruz qoyacaqlar. Və burada növbəti hadisə Rusiya təxribatı oldu. Tramp necə olursa-olsun, Rusiya lideri Vladimir Putinlə G-20 sammitində görüşməyi arzu edirdi. Bütün Amerika isteblişmenti, Konqres və KİV bu görüşə qarşı kəskin köklənib. Buna görə də Tramp görüşün ləğvi ilə bağlı ciddi təzyiq altındadır”, - politoloq deyib.
Politoloqun fikrincə, Putin və Tramp arasında ehtimal ki, noyabrın 30-da G20 sammitində tammiqyaslı görüş olmayacaq:
"Kuliarlarda qeyri-formal görüş və replikalarla mübadilə ola bilər ki, Rusiya təbliğatçıları sonra danışa bilsinlər ki, görüş axır ki, oldu və müvafiq olaraq, heç birin qınanma yoxdur”.
O hesab edir ki, Kerç boğazı ətrafında baş verən hadisə yalnız "Şimal axın-2” təbii qaz kəmərinin tikintisinə qarşı olan Amerikanın qaz eksportçularına kömək edəcək.
7News.Az








