RU
Yaxın Şərqdə balans dəyişir? — İran və İraq müdafiə nazirləri əməkdaşlıq edəcək
19:40
474

Yaxın Şərqdə balans dəyişir? — İran və İraq müdafiə nazirləri əməkdaşlıq edəcək

İraqın müdafiə naziri İrfan əl-Xəyali Tehrana səfər edib.

İrfan iranlı həmkarı Hüseyn Dehqan ilə görüş keçirəcək. Bu barədə İranın müdafiə nazirliyi məlumat verib.

Məlumatda deyilir: "İraqın müdafiə nazirinin Tehrana səfəri planları arasında İranla müdafiə sahəsində əməkdaşlıq memorandumu imzalamaq da var".
Əl-Xəyali Tehrana İranın müdafiə nazirinin dəvəti ilə təşrif buyurub.

İraqlı nazirin səfərinin məqsədi Tehran və Bağdad arasında müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməkdir./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ