RU
Yaxın Şərqdəki son vəziyyət: İsrail-Qəzza müharibəsi genişləndikcə İran xəbərdarlıq etməyə davam edir
14:00
27

Yaxın Şərqdəki son vəziyyət: İsrail-Qəzza müharibəsi genişləndikcə İran xəbərdarlıq etməyə davam edir


7NEWS.az xəbər verir ki, 7 oktyabr 2023-cü il tarixindən bu yana davam edən hücumlar bir il ərzində şimala doğru genişlənərək Yaxın Şərqdə regional müharibə təhlükəsi yaradıb. İran raket hücumundan bir həftə sonra İsraili hər hansı cavab tədbirinə qarşı xəbərdar edib. Bu arada İsrail ordusu ilk ehtiyat diviziyasını Livanın cənubuna göndərdiyini iddia edib. Beyruta edilən hücumlarda Hizbullahın qərargah komandirinin öldürüldüyü iddia edilib. Qərargah rəisi Süheyl Hüseyn Hüseyninin ölüm xəbəri hələ Hizbullah tərəfindən təsdiqlənməyib. Xarici İşlər Nazirliyi Livanı tərk etmək üçün müraciət edən vətəndaşların sabah dəniz yolu ilə təxliyyə ediləcəyini açıqlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ