Permdə döyülərək öldürülən azərbaycanlı tələbə Hüseyn Mustafayev Azərbaycana gətirilərək dəfn edilib.
Bu barədə "Səni axtarıram" verilişində Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayevməlumat verib. Proqramda bu barədə geniş material efirə verilib.
Verilişin aparıcısı X.Hidayətqızı bildirib ki, ata-anasız böyümüş Hüseynin dəfnində yaxınlarından, doğmalarından heç kim iştirak etməyib. Hətta İsraildə yaşayan bacısı da dəfndə iştirakdan imtina edib.
Qeyd edək ki, 27 yaşlı H.Mustafayev noyabrın 18-19-na keçən gecə döyülüb və bir neçə gündən sonra vəfat edib. O, Permdəki Farmakoloji Akademiyanın tələbəsi olub./olke.az
7news.Az








