İnvestisiya dünyasının ən son yeniliklərini müştərilərinə çatdıran Yelo
Bank, ölkənin maliyyə bazarında baş verən tarixi hadisəyə – PAŞA Bank-ın İlkin
Kütləvi Təklif (IPO) prosesinə qoşulub. Artıq investorlar Yelo Invest tətbiqi
vasitəsilə PAŞA Bank-ın səhmlərini onlayn qaydada əldə edə bilərlər.
Yelo Invest vasitəsilə IPO-da iştirakın üstünlükləri:
Bir səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN-dir;
Minimum alış cəmi 1 səhmdən başlayır, maksimum limit isə tətbiq olunmur;
Abunə dövründə (12 mayadək) əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri
hesablanır;
Banka gəlmədən, birbaşa mobil tətbiqdə Yelo Invest üzərindən sürətli abunə
yazılışı.
Yerləşdirmə Bakı Fond Birjası vasitəsilə həyata keçirilir və investorlar üçün şəffaf
gəlir imkanı yaradır. Vaxt itirmədən Yelo App-ə daxil olaraq bu fürsətdən
yararlana və investisiya portfelini dəyərli aktivlərlə zənginləşdirə bilərsən.
Yelo Invest: https://ylb.az/invest.