Yəmənin qərb hissəsində yerləşən Məğrib şəhərinin bazarında əldəqayırma partlayıcı qurğunun partladılması nəticəsində ən azı 2 nəfər həlak olub.
7News.Az “Sky News Arabiya” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində daha 7 nəfər xəsarət alıb.
Yəmənin mərkəzi hissəsində yerləşən Əl-Bayda şəhərinin bazarında daha bir partlayış törədilib. Burada ölən və yaralananların sayı barədə məlumat yoxdur.
Hələlik heç bir terrorçu qruplaşma baş verən partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.








