RU
Yəmənin hökumət qüvvələri husiləri ölkənin 3 rayonundan çıxarıb
11:00
172

Yəmənin hökumət qüvvələri husiləri ölkənin 3 rayonundan çıxarıb

Yəmən ordusu ölkənin mərkəzi hissəsində yerləşən Əl-Bayda əyalətində üç rayonu nəzarətə götürdüyünü açıqlayıb.

7NEWS.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə hökumət qüvvələrinin qərargahı məlumat yayıb.

"Ənsarullah” hərəkatının üsyançı birləşmələri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının dəstəklədiyi ordunun hücumuna tab gətirə bilməyib.

Əl-Bayda əyalətinin strateji əhəmiyyətli Numan bölgəsi də husilərdən azad edilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ