RU
Yeni çağırış Bundestaqın ilk iclası oktyabrın sonlarında keçiriləcək
23:20
2286

Yeni çağırış Bundestaqın ilk iclası oktyabrın sonlarında keçiriləcək

Yeni çağırış Bundestaqın birinci iclası oktyabrın 26-da keçiriləcək.

7NEWS.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə AFR parlamentinin məbuat xidməti məlumat yayıb.

İlk iclasda parlamentin iş rejimi təsdiq ediləcək, həmçinin sədri və sədr müavinləri seçiləcək.

Xatırladaq ki, sentyabrın 26-da Bundestaqa keçirilmiş seçkilərdə Almaniya Sosial-Demokrat Partiyası 25,7% səs toplayaraq qalib gəlib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ