RU
Yeni doğulmuş uşağı yol kənarına atdılar
17:50
480

Yeni doğulmuş uşağı yol kənarına atdılar

Ağstafa rayonunda yol kənarından yeni doğulmuş uşaq meyiti tapılıb.

Bakı-Qazax magistralının Köçəsgər kəndi yaxınlığından keçən hissəsində, yol ayrıcının kənarındakı ağacların altından ağ mələfə ilə bükülmüş yeni doğulmuş körpə qızın meyiti tapılıb. Uşağın öldükdən sonra atılması və ya oraya qoyulandan sonra ölməsi hələlik dəqiqləşməyib.

Körpənin meyitini ərazidə yaşıllaşdırma ilə məşğul olan işçi tapıb. O, bu barədə hüquq-mühafizə orqanlarına dünən günortadan sonra məlumat verib./lent

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ